Birinci divizionun ilk turunda Tovuzda “Turan-T”-nin qonağı olacaq “Araz-Naxçıvan” bu gün yola düşür. Komandamız əvvəlcə Gəncəyə, oradan isə məskunlaşmaq üçün Qazağa yollanacaq. Burada Qazax Olimpiya İdman Kompleksində qalacaq qırmızı-ağların bu gün matçın oynanılacağı Tovuz şəhər stadionunda məşqə də çıxacağı gözlənilir. Əsgər Abdullayevin yetirmələri yüngül məşqdən sonra yenidən Qazağa yollanacaq və oyunun başlama saatını gözləyəcək.
Qeyd edək ki, oyun sabah Tovuz şəhər stadionunda keçiriləcək və matçın başlama saatı 1700-dir.
Artıq oyunu idarə edəcək hakimlər briqadası da məlumdur. “Araz-Naxçıvan”ın ilk turdakı oyununda Anar Salmanov fit çalacaq. Uzun illər premyer-liqada hakimlik edən A.Salmanova bu görüşdə Yaşar Abbasov və Aleksandr Musatkin köməklik edəcəklər. Nail Nağıyev isə matçın dördüncü hakimi vəzifəsini yerinə yetirəcək.

Ceyhun MƏMMƏDOV