“Poliqon” Strateji İntellekt oyunu üzrə III Universiadanın Azərbaycan birinciliyi keçirilib. Layihənin keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini aşılamaq, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etmək, gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzə çıxarmaq, onları zərərli vərdişlərdən çəkindirmək və asudə vaxtlarının səmərəli təşkilinə nail ­olmaqdır.

Keçirilən ölkə birinciliyində Naxçıvan Muxtar Respublikasını “Diplomat” komandası təmsil edib. Təmsilçimiz 101 komanda arasında uğurlu nəticə göstərərək Azərbaycan birinciliyini üçüncü pillədə başa vurub.
Sonda komandamız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV