Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüşdə Şərur və Ordubad rayon komandaları üz-üzə gəlib.

Görüşün keçirilməsində məqsəd muxtar respublikada voleybol idman növünün inkişafı, şəhər və rayon voleybol komandaları arasında dostluq münasibətlərinin qurulması olub.
Qarşılaşmaya gəlincə, daha üstün oyun sərgiləyən şərurlu voleybolçular 3:0 hesabı ilə qələbə qazanıblar.
Sonda hər iki komandaya federasiya tərəfindən voleybol topu hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti