2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda 11 çəki dərəcəsində 50-dən artıq idmançı öz qüvvə və bacarığını nümayiş etdirib. Birincilik uğrunda gərgin mübarizədə müxtəlif çəkilərdə Tuncay Məmmədov, Məcid İbrahimov, Abbas Nəzərəliyev, Kəramət Xudiyev, Eldar Məhərrəmli, Həsənqulu Bağırov, Oruc Tağıyev, Davud Əliyev, Salman Həsənov, Gündüz Məmmədov və Qoca Əhmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçı­lığı ilə keçirilən birincilikdə yer tutan güləşçilərə diplomlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti