Dünən birinci divizionun püşkatma mərasimi keçirilib. Mərasim AFFA-nın inzibati binasında təşkil olunub. 2013/2014-cü il mövsümündə birinci divizionda 15 klub çıxış edəcək. Onlardan 11-i ötən mövsümdə aşağı liqada mübarizə aparıb. İki klub son mövsümü premyer-liqada keçirib və son iki pilləni tutub. Eyni zamanda bir klub yaradılıb, biri fəaliyyətini bərpa edib. İştirakçıların sayı tək olduğundan hər tur bir komanda istirahət edəcək. İlk turda bu imkandan “Şəmkir” yararlanacaq.
Naxçıvanın “Araz” klubu isə ilk turu səfərdə keçirəcək. Qırmızı-ağlar Tovuzda “Turan”ın qonağı olacaqlar.

Ceyhun MƏMMƏDOV