“Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında velosiped yarışı üzrə Şahbuz rayon birinciliyi keçirilib. Yarışda 15 velosipedçi starta çıxıb. İdmançılar finişə qədər 2000 metr məsafəni qət ediblər. Əsl idman mübarizəsi şəraitində keçən yarışda Arif Qasımov finişə birinci çatıb. Elmar Həsənov və Sinan Həşimov isə ikinci və üçüncü yerləri bölüşüblər.
Digər bir yarış isə Şahbuz rayon ümumtəhsil məktəblərində şahmat dərslərini tədris edən müəllimlər arasında olub. Dairəvi sistem üzrə keçirilən yarışın qalibləri birinciliyə qatılan 23 müəllim arasında müəyyən edilib. Yekun nəticəyə görə, Güney Qışlaq kənd tam orta məktəbinin müəllimi İlkin Baxşəliyev ən yüksək nəticəni göstərib. Kükü və Ayrınc kənd tam orta məktəblərinin müəllimləri Müşfiq Hüseynov ilə Araz Tarıyev isə ikinci və üçüncü yerlərə çıxıblar.
Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil və Polis şöbələrinin təşkil etdikləri yarışlarda fəxri yerləri tutan idmançılara diplom və mükafatlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti