Dünən Naxçıvan Şahmat Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında şahmat birinciliyinə start verilib.
Naxçıvan şəhər tam orta məktəblərinin III-IV sinif oğlan şagirdləri arasında keçirilən yarış şəxsi xarakter daşıyır. Naxçıvan Şəhər Təhsil Şöbəsi, şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbin hər birindən 3 oğlan olmaqla, ümumilikdə, 51 şagird iştirak edir.
Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 5 turdan ibarətdir. Birinciliyə bu gün yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV