Avqustun 26-da Ərzuruma təlim-məşq toplanışına yollanan “Araz-Naxçıvan” futbol komandası dünən ilk yoxlama matçına çıxıb. Əvvəlcə rəqib “Ərzurumspor” olsa da, müəyyən səbəblərdən rəqib dəyişdirilib. Əsgər Abdullayevin yetirmələrinin rəqibi “Yakutiyaspor” komandası olub.
İlk hissədə qapılara qol vurulmasa da, 55-ci dəqiqədə Rəhman Musayev fərqlənib. 64-cü dəqiqədə isə komandamızın baxışda olan legioneri Aleksandr Kurtskeviç rəqibin qapısından qol keçirməklə fərqlənməyi bacarıb. Sonrakı dəqiqələrdə hesab dəyişmədiyindən matç Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbərlər şöbəsi