Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri Bakı şəhərində təşkil olunan ­birincilikdə iştirak ediblər.

Belə ki, Bərgüşad İdman Klubunun açıq birinciliyində 100-dən çox idmançının mübarizəsində cüdo­çumuz uğurlu çıxış edib. +55 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Qalib Qaybalıyev bütün rəqiblərini üstələyərək birinciliyin qızıl medalını qazanıb.
Sonda idmançımız diplom və medalla mükafatlandırılıb.

- Ceyhun MƏMMƏDOV