Bakı şəhərində Milli Karate Federasiyasının təşkilatçılığı ilə 27-ci respublika çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi də iştirak edib. Belə ki, 18-21 yaşlı idmançılar arasında +84 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Aslan İsmayılov gümüş medal qazanıb.

Qalib idmançımız sonda təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Həmçinin Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə kəmər imtahanları keçirilib. “Naxçıvan” Universitetinin idman zalında keçirilən imtahanda 50 idmançı iştirak edib və onlar müxtəlif kəmər dərəcələrinə layiq görülüblər.

Ceyhun MƏMMƏDOV