Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən görüşdə “Ordubad” və “Kəngərli” komandaları üz-üzə gəlib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş ordubadlı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonda idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV