Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənc­lər (U-15-2006-2007 və U-18-2003-2005-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 120 idmançı iştirak edib.
Naxçıvan şəhər idmançıları ilə yanaşı, Şərur, Culfa rayonlarının və Heydər Əliyev adına Hərbi Lisey idmançılarının da iştirak etdiyi açıq birinciliyin yekununa əsasən qızlar arasında Aylin Məmmədli (22 kiloqram, Naxçıvan), Aynur Əsgərli (25 kiloqram, Naxçıvan), Cənnət Əliyeva (28 kiloqram, Naxçıvan), Sənubər Qurbanova (32 kiloqram, Naxçıvan) və Tərlan Cəfərli (36 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
2003-2005-ci illər təvəllüdlü oğlan idmançılar arasında Orxan Niftəliyev (42 kiloqram, Naxçıvan), Tural Əsgərov (46 kiloqram, Naxçıvan), Yusif Həşimli (50 kiloqram, Culfa), Ənvər Gülmalıyev (55 kiloqram, Naxçıvan), Emil Nəzərov (60 kiloqram, Culfa), Turqay Məmmədov (66 kiloqram, Naxçıvan), Ramil Quliyev (73 kiloqram, Naxçıvan), Emil Quliyev (81 kiloqram, Naxçıvan), Ümid Şirəliyev (+81 kiloqram, Şərur) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 2006-2007-ci illər arasında isə Mirismayıl Seyidli (30 kiloqram, Culfa), Qurban Məmmədli (34 kiloqram, Culfa), Elşad Mirzəyev (38 kiloqram, Şərur), Sami Səfərov (42 kiloqram, Naxçıvan), Elnur Əhmədli (46 kiloqram, Culfa), Nihad Hətəmli (50 kiloqram, Naxçıvan), Tofiq Nəcəfov (55 kiloqram, Naxçıvan) və Məhəmməd Məmmədli (60 kiloqram, Naxçıvan) birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə təltif olunublar.

 Ceyhun MƏMMƏDOV