Həmin deviz altında Naxçıvan şəhərindəki Şahmat Mərkəzində şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq təşkil edilən yarışda 50-yə yaxın idmançı mübarizə aparmışdır. İsveçrə sistemi ilə 7 turda keçirilən birinci­likdə oğlanlar arasında Zahid Allahverdiyev, Əjdər Rzayev və Əhməd Baxşıyev, qızlar arasında isə Leyla Abdullayeva ən yüksək nəticəni göstərmişlər. Fəxri yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti