Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdikləri görüşdə “Culfa” və “Şahbuz” komandaları üz-üzə gəlib. Görüş culfalı voleybolçuların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

*  *  *

Həmin deviz altında Ordubad və Culfa Rayon Uşaq-Gənclər İdman Məktəbinin 11-13 yaşlı yeniyetmələrindən ibarət futbol komandaları arasında da yoldaşlıq görüşü yaddaqalan olub.
Görüşün məqsədi muxtar respublikada uşaq futbolunu inkişaf etdirmək, istedadlı uşaqları üzə çıxarmaq və onlar arasında idman əlaqələrini genişləndirməkdən ibarət olub. Uşaq futbolunun müəyyən edilmiş qaydaları əsasında təşkil edilən yoldaşlıq görüşü Ordubad rayon komandasının qələbəsi ilə (4:2) başa çatıb.
Sonda hər iki komandaya və idmançılara təşkilatçıların diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV