19-22 sentyabr tarixlərdə Xırdalan şəhərində yerləşən Zirvə İdman Kompleksində poverliftinq üzrə Açıq Azərbaycan Kuboku keçirilib.

Yarışda ölkənin ayrı-ayrı regionlarını təmsil edən, həmçinin Türkiyə, İran və Rusiyadan olan, ümumilikdə, 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparıb.
Yarış müxtəlif versiyalar üzrə Rusiya və Finlandiyada keçiriləcək dünya çempionatları, həmçinin digər beynəlxalq turnirlərə seçmə və sınaq xarakteri daşıyıb. Həmin yarışda Naxçıvan Muxtar Respublikasının idmançısı dəfələrlə Dünya, Avropa və Respublika çempionu Əli Əsgərov və idmançı Turan Qədimli də iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Əli Əsgərov 82, Turan Qədimli isə 67 kiloqram çəki dərəcəsində I yerin sahibi olub. Qaliblərə təşkilatçılar tərəfindən medal və diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti