Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında 2007-2008-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50 idmançı öz qüvvəsini sınayıb.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə Turqay Məmmədli (26 kiloqram), Sinan Rzayev (29 kiloqram), İbrahim Lahıcov (32 kiloqram), Elmir Əsgərov (35 kiloqram), Pərviz Ağayev (38 kiloqram), Kazım Cəfərov (42 kiloqram), Xəzər Abdullayev (46 kilo­qram), Elnur Məmmədov (50 kilo­qram), Turan Həsənov (53 kiloqram), Elxan Əhmədli (58 kiloqram) və Süleyman Məmmədov (63 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində fərqlənən idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti