Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Şahbuz rayon bölməsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə yarış keçirilib.
Yarışda 14 fiziki imkanları məhdud uşaq iştirak edib.
Yekun nəticəyə əsasən qalib adını Şıxı Şıxıyev qazanıb. Amin Cəfərzadə ikinci, Arzu Orucov isə üçüncü olub.
Tədbirin sonunda yarışın qaliblərinə və bütün iştirakçılara təşkilatçıların diplomları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti