Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə açıq kubok yarışı keçirilib.
Turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqramda çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən çox idmançı yarışda qüvvəsini sınayıb.
Açıq kubok turnirində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak edərək adlarını qaliblər sırasına yazdırıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində Camal Qasımov fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. 60 kiloqram çəki dərəcəsində isə Kamal Qasımov gümüş medal qazanıb.
Qalib idmançılarımız medal və diplomlarla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV