Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənc­lər arasında kadetlər arası kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa, Kəngərli rayonlarının, həmçinin “Turan” və “Odlar yurdu” İdman klublarının idmançıları da iştirak ediblər.
3 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışın yekununa əsasən qızlar arasında Röya Abdullayeva (32 kiloqram, “Turan”), oğlanlar arasında isə 7-8 yaş qrupunda Asim Kərimli (18 kiloqram, “Turan”), Eldar Novruzov (20 kiloqram, “Turan”), Cəsur Mahmudov (22 kiloqram, Şərur), Uğur Məmmədli (24 kiloqram, Şərur), Turqay Cəfərov (26 kiloqram, Culfa), Qəhrəman Abdullayev (28 kiloqram, “Turan”) və Əbülfəz Cəfərov (32 kiloqram, “Turan”) qalib adını qazanıblar.

9-11 yaş qrupunda Əli Qasımov (24 kiloqram, “Turan”), Səid Nəsirov (26 kiloqram, “Odlar yurdu”İK), Oğuz Məmmədli (28 kiloqram, “Turan”), Səid Abbaslı (30 kiloqram, “Turan”), Məhəmməd Məmmədli (32 kiloqram, Kəngərli), Uğur Əliyev (36 kiloqram, Naxçıvan), Raməddin Abdullayev (39 kiloqram, Kəngərli) və Əbülfəz Zeynallı (39+ kiloqram, Şərur) hamıdan güclü olublar.
12-13 yaş qrupunda isə Sinan Kazımov (32 kiloqram, Şərur), Sadiq Hacıyev (35 kiloqram, Naxçıvan), Hüseyn Həsənov (38 kiloqram, Şərur), Mirinam Seyidov (42 kiloqram, Naxçıvan), Ramal Qurbanov (47 kiloqram, Şərur) və Zeynalabdın Musayev (52 kiloqram, Şərur) bütün rəqiblərini üstələməyi bacarıblar.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.

Ceyhun MƏMMƏDOV