Türkiyə Cümhuriyyətinin İqdır şəhərində boks üzrə gecə təşkil olunub.
Çempion boks gecəsində 9 türkiyəli boksçu 9 əcnəbi boksçuya qarşı rinqə çıxıb. Gecədə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 3 yetirməsi də iştirak edib.
57 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev rəqibini məğlub edərək qalib adını qazanıb. Eyni uğuru 75 kiloqram çəki dərəcəsində Sərvər Abdullayev də təkrarlayıb. Alişan İsmayılov isə öz çəki dərəcəsində (46 kiloqram) ikinci olub.
İdmançılarımız təşkilatçılar tərəfindən medal və kubokla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti