Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən şahmat üzrə Türkiyə Klublar Liqası başa çatıb.
Yarışda birinci və ikinci liqalarda olmaqla, ümumilikdə, 54 komandanın heyətində 816 zəka sahibi qüvvəsini sınayıb. Həmin liqada Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançısı, beynəlxalq usta Talıb Babayev də iştirak edib. Zəka sahibimiz Türkiyə ikinci liqasında birinci lövhədə mübarizə aparıb. O, keçirdiyi 9 oyundan 8 xal toplayaraq öz lövhəsində qalib adını qazanıb.
Eyni zamanda şahmatçılarımız iyulun 29-dan avqustun 4-dək Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində də iştirak edirlər. 8 və 10 yaşlı zəka sahiblərimiz A və B qruplarında ­mübarizə aparırlar.

Ceyhun MƏMMƏDOV