Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Kəngərli rayonlarının, həmçinin “Turan” və “Odlar yurdu” idman klublarının idmançıları da iştirak ediblər.
2 yaş qrupunda 11 çəki dərəcəsi üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın yekununa əsasən 13-15 yaş qrupunda Sadiq Hacıyev (36 kiloqram, Naxçıvan), Azər Zamanlı (39 kiloqram, Naxçıvan), Vaqif Orucov (42 kiloqram, “Turan” İK), Şəmsəddin Əliyev (47 kiloqram, Naxçıvan), Miryusif Seyidbəyli (52 kilo­qram, “Turan” İK), Elton Səfərli (57 kiloqram, Kəngərli) və Fərid Məhərrəmov (63,5 kiloqram, “Turan” İK), 15-17 yaş qrupunda isə Raul Seyidli (48 kiloqram, Şərur), Qənbər Nəqiyev (54 kiloqram, Naxçıvan), Ayhat İmranlı (60 kiloqram, Şərur) və Sunay Şükürlü (71 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti