Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının Bakıda keçirilən iclası iyunun 29-da işini davam etdirir.

FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi ilə Prezident Şurasının üzvləri, eləcə də qonaqlar növbəti dəfə müzakirələrə qoşulublar. İclasda FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, AŞF-in vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov, ali şahmat qurumunun qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak edirlər.

Qırxa yaxın məsələnin müzakirəyə çıxarıldığı iclas axşam saatlarında yekunlaşacaq. İclasda müzakirə olunan məsələlər və qəbul olunan qərarlar barədə mətbuata məlumat veriləcək.

Xəbərlər şöbəsi