Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ən böyük futbol yarışı – “Champions trophy – 2019” turnirinin final mərhələsinin oyunları keçirilib. 128 ölkənin seçmə heyətinin gərgin mübarizəsi 3 mərhələdə davam edib və futbolçular 3 gün ərzində ən güclünü müəyyənləşdirməyə çalışıblar.
Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə “Araz-Naxçıvan”ın Şərur bölməsinin iki futbolçusu – Kənan Hüseynəliyev və Murad Quliyev də iştirak ediblər.
Qeyd edək ki, futbolçularımız qrup mərhələsində dünyanın bir çox tanınmış klublarına – “Atletiko” (İspaniya), “Yuventus” (İtaliya), “Sanderland” (İngiltərə), “Salsburq” (Avstriya), “Münhen”ə (Almaniya) qarşı meydana çıxıblar.

Ceyhun MƏMMƏDOV