Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar kursantlar arasında “Poliqon” strateji intellekt oyunu keçirilib.
16 komandanın iştirak etdiyi oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi təşkil edib.
Yarışda ən çox xal toplayan “Əlincə” komandası qalib adını qazanıb. Digər iki pillədə “Qartal” və “Uğur” komandaları qərarlaşıblar.
Qalib komandalar mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti