Şamaxı Olimpiya-İdman Kompleksində Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VI açıq respublika turniri keçirilib. Turnirdə Azərbaycandan, Rusiyadan, Ukraynadan, Gürcüstandan, İrandan, Qazaxıstandan və Qırğızıstandan, ümumilikdə, 300-ə yaxın güləşçi iştirak edib.
Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Dadaş Dadaşzadə də mübarizə aparıb. O, 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV