Belarusun Brest şəhərində keçirilən gömrük xidmətləri arasında futzal üzrə 12-ci açıq birincilikdə Azərbaycan gömrükçüləri növbəti görüşünü dünən Ermənistan komandasına qarşı keçirib.
Ölkəmizi yarışda təmsil edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib. Ramazan Ağayev, Kamil Hacı­yev, Orxan Məmmədov, Cavid Xəlilov, İlqar İsmayılov və Rahil Tahirlidən ibarət start heyətlə meyda­na çıxan komandamız turnirdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, gömrükçülərimiz növbəti görüşünü sentyabrın 13-də Ukrayna komandasına qarşı keçirə­cək. Turnirə 5 ölkə – Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Ermənistan komandaları qatılıblar. Brest şəhəri isə yerli komanda ilə təmsil olunur.

Xəbərlər şöbəsi