İran İslam Respublikasının Urmiya şəhərində karate-do­ üzrə “Urmiya-Open” XIV Həmrəylik və Dostluq beynəlxalq çempionatı keçirilib.
15 ölkədən 320 idmançının iştirak etdiyi çempionatda Azərbaycan Milli Karate Federasiyasının yetirmələri də mübarizə aparıblar.
Sevindirici haldır ki, millimizin heyətində qonşu ölkədə çıxış edən idmançılar arasında Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Aslan İsmayılov da mübarizə aparıb. 4 gün davam edən çempionatda idmançımız 16-17 yaş qruplarında tatami üzərinə çıxıb. O, beynəlxalq çempionatı 76 kiloqram çəki dərəcəsində üçüncü pillədə başa ­vurub.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom, medal və pul mükafatı ilə təltif olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti