Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında təşkil edilən futbol üzrə şəhər və rayon birinciliyində növbəti turun oyunlarına yekun vurulub.
Naxçıvan şəhəri üzrə keçirilən birincilikdə növbəti mərhələyə Qaraçuq kənd komandası yüksəlib. Onlar Bulqan kənd komandasını məğlub etməyi bacarıblar – 9:2. Şərur rayonu üzrə iki görüş keçirilib. Belə ki, Xələc kənd komandası Aşağı Yaycını (4:0), Kürçülü kənd komandası isə Çərçiboğan komandasını (6:5) məğlub edərək növbəti mərhələyə yüksəliblər. Babək rayonu üzrə Kültəpə komandası Cəhri (3:0), Şahbuz rayonu üzrə Kolanı komandası Biçənək (3:0), Culfa rayonu üzrə isə Xanəgah komandası Saltaq komandaları (3:0) üzərində eynihesablı qələbəyə seviniblər. Ordubad rayonu üzrə Əndəmic komandası “Ordubad gənclər birliyi” (2:1), Kəngərli rayonu üzrə Qıvraq qəsəbə komandası Yurdçu (6:1), Sədərək rayonu üzrə isə Sədərək komandası Sədərək-1 komandaları (6:4) üzərində qələbə qazanıblar.
Qeyd edək ki, şəhər və rayonlar üzrə I, II, III yerləri tutmuş komandalar kubokla, həmin komandaların üzvləri və oyunu idarə edən hakimlər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti