Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər idmançıları ilə yanaşı, Kəngərli, Culfa və Şərur rayonlarının yetirmələri də mübarizə aparıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 26 çəki dərəcəsində 70 dəri əlcək sahibi rinqə çıxıb.
Yekun nəticəyə əsasən Məhəmməd Əliyev (26 kiloqram, Kəngərli), Əli Seyidov (28 kiloqram, Naxçıvan), Kamran Rəsulov (29 kiloqram, Naxçıvan), Ucar Musayev (30 kiloqram, Kəngərli), Turan Kərimsoy (31 kiloqram, Naxçıvan), Sinan Əliyev (32 kiloqram, Kəngərli), Abbasəli Nəcəfli (33 kiloqram, Naxçıvan), Ziya Dünyamalıyev (34 kiloqram, Naxçıvan), Ayxan Heydərov (35 kiloqram, Naxçıvan), Ramil Babayev (36 kiloqram, Kəngərli), Alişan İsmayılov (38 kiloqram, Şərur), Miryusif Seyidov (40 kiloqram, Şərur), Məhəmməd Seyidov (42 kiloqram, Şərur), Hüseyn Hüseynov (44 kiloqram, Culfa), Əli Seyidov (45 kiloqram, Kəngərli), Teymur Abbasov (46 kiloqram, Şərur), Mustafa Bəşirov (48 kiloqram, Şərur), Nizami Novruzov (50 kiloqram, Naxçıvan), Ələsgər Ələkbərov (52 kiloqram, Naxçıvan), Hüseyn Hüseynov (54 kiloqram, Naxçıvan), Tural Süleymanov (57 kiloqram, Naxçıvan), Həsən Hüseynov (58 kiloqram, Naxçıvan), Nadir Cəfərov (60 kiloqram, Naxçıvan), Kamran Allahverdiyev (62 kiloqram, Naxçıvan) və Sunay Orucov (63 kiloqram, Naxçıvan), qızlar arasında isə Duyğu Hüseynova (46 kiloqram, Naxçıvan) bütün rəqiblərini məğlub edərək yarışın qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti