İsmayıllı rayonundakı Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib. Dörd gün davam edən ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları uğura imza atıblar. Belə ki, beş idmançımızın mübarizə apardığı birincilikdə 3 medal əldə edilib.
Yeniyetmələr arasında 2002-ci il təvəllüdlülər – 57 kiloqram çəki dərəcəsində rinqə çıxan Fərman Rzayev, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif Quluzadə bürünc medal qazanıblar. Gənclər arasında isə Rauf Həsənov (1999-cu il təvəllüd) üçüncü olub. O, 60 kiloqram çəki dərəcəsində bu nailiyyətə imza atıb.
Hər üç idmançımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
Ceyhun MƏMMƏDOV