Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2018-ci ilin iyul ayında turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, reklam informasiya materiallarının hazırlanması və ekskursiya işi diqqətdə saxlanılmış, müxtəlif piyada marşrutları və səyahət paketlərinin hazırlanması istiqamətində iş aparılmışdır.
Təbliğat işində gənclərin fəallığının artırılması məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nin iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Turizm İnformasiya Mərkəzinə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmış, mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə mütəmadi məlumatlar və fotoşəkillər daxil edilmişdir.

2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ­ölkələrdən 195 min 886 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Naxçıvan Muxtar Respublikasının
Turizm Departamenti