Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihәlәrini həyata keçirəcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondundan məlumat verilib. 19-25 may tarixlərində həyata keçiriləcək layihələr çərçivəsində nəzərdə tutulmuş təlimlər tələbə-gənclərin psixoloji sahələrdə maariflənməsi, gənclərin karyera seçiminin və hazırlığının düzgün aparılması, cəmiyyətdə özlərinə yer tapmaları məsələsinin və bu prosesdə qarşılaşa biləcəkləri psixoloji problemlərin həlli yollarının öyrədilməsi məqsədini daşıyır.
Sosial şəbəkələrdən düzgün istifadə edilməsi, Azərbaycan və Naxçıvan həqiqətlərinin sosial şəbəkələrdə işıqlandırılması və təbliği isə “Gənclərin aktivliyinə dəstək” layihəsinin əsas məqsədlərindən biridir. Tәlimlәrdә Naxçıvan Muxtar Respublikasında fәaliyyәt göstәrәn ali vә orta ixtisas tәhsili müәssisәlәrinin tәlәbәlәri iştirak edәcəklәr. Layihə çərçivəsində Bakı şəhərindən dəvət olunmuş mütəxəssis Qail Qasımov müxtəlif mövzularda seminarlar keçəcək. Naxçıvan Gənclər Mərkəzində təşkil olunacaq seminarlarda, ümumilikdə, 100 gəncin iştirakı nəzərdə tutulmuşdur.

Xəbərlər şöbəsi