Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə mərkəzin direktoru Məmməd Məmmədovun, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Şərur rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Samir Qasımov tədbirin iştirakçılarına öz minnətdarlığını bildirərək qeyd edib ki, bu qəbildən fəal məşğulluq tədbirləri rayon sakinləri tərəfindən maraqla qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
25 təşkilatdan 287 boş iş yerinin çıxarıldığı yarmarkada 69 nəfərə işə göndəriş verilib. İki nəfər isə peşə hazırlığına cəlb olunub.

Xəbərlər şöbəsi