Dünyada COVID-19-a təsdiqlənmiş yoluxma hallarının sayı 305 milyonu keçib, ölüm hallarının sayı - 5,48 milyon təşkil edir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər veririk.

ÜST-nin məlumatına görə pandemiya başlayandan bəri antirekord yanvarın 6-da qeydə alın;b, həmin vaxt 24 saat ərzində 2 741 367 yoluxma halı aşkar edilmişdi. ÜST statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır. 300 milyon yoluxma halı yanvarın 8-də, 250 milyon – noyabrın 9-da, 200 milyon yoluxma halı isə avqustun 5-də qeydə alınmışdı.

Məlumatı ÜST-yə daxil olmuş ən çox təsdiqlənmiş yoluxma halı - 59 138 083 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (35 707 727), Braziliya (22 499 525), Böyük Britaniya (14 475 196) və Fransa (11 823 789) yer alıblar. Ən çox ölüm halı ABŞ-da - 830 334, ikinci yerdə Braziliya (619 937), üçüncü yerdə isə Hindistan (483 936) qərarlaşıb. Ondan sonra Rusiya (316 904) və Meksika (300 303) yer alıblar.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 621 min 563 yoluxma halı qeydə alınıb, 8 min 457 insan bu xəstəlikdən həyatını itirib.