21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu ailələrdən 22 nəfərin hər birinə 2 baş iribuynuzlu, 3 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 2 nəfərə odunkəsən və otbiçən aparat, 1 nəfərə miniyerşumlayan aqreqat, 1 nəfərə isə otbiçən aqreqat verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 12 nəfərini sağlamlıq imkanları məhdud olan şəxs, 6 nəfərini şəhid ailəsi, 1 nəfərini müharibə veteranı, 1 nəfərini isə ailə üzvündə qazi olan şəxslər təşkil edib. Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər bu mərhələdə həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona arpa-buğda qıran aqreqat verilib.

 

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən nazirlik aparatının rəhbəri Vüsal Süleymanlı və Kəngərli rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR