Dünən növbəti əmək yarmarkası Naxçıvan şəhərində keçirilib.Yarmarkada işaxtaranlara 49-u dövlət, 37-i özəl sektor olmaqla, ümumilikdə, 86 müəssisədən 674 boş iş yeri təqdim edilib. Əmək yarmarkasında 45 nəfərin vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin peşə hazırlığı kurslarına və 14 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, ümumilikdə, aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarına, ümumilikdə, 113 dövlət və 140 özəl müəssisəsdən 1691 boş iş yeri çıxarılıb. Keçirilmiş əmək yarmarkalarında 214 işaxtaran vətəndaşa göndəriş verilib. Həmçinin təşkil olunmuş yarmarkalarda iştirak edən 46 vətəndaşın peşə hazırlığı kurslarına, 94 vətəndaşın özünüməşğulluq proqramına və 17 işaxtaran vətəndaşın isə haqqıödənilən ictimai işlərə cəlb olunması üçün qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti