Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Sosial könüllülük” proqramını uğurla bitirmiş könüllülər və layihəyə yeni cəlb edilmiş gənclərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Nахçıvаn Muхtаr Rеspublikаsı Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi naziri Nicat Babayev bildirib ki, bu gün muxtar respublikamızda gənclərin hərtərəfli inkişafı və ölkəmiz üçün layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu baxımdan Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisi Sədrinin imzaladığı ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamların icrası diqqət mərkəzindədir. Nazirliyin hamiliyinə verilmiş Sosial iş ixtisasının tələbələri olmaqla, sosial könüllülərin iştirakı ilə ötən il ərzində 11 yaradıcılıq və bilik müsabiqəsi təşkil olunub, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətləri əhatə edən 50-yə yaxın tədbirdə könüllülərin iştirakı təmin edilib, ötən dövr ərzində sosial könüllülük layihəsinə cəlb edilmiş 34 nəfərə müvafiq sertifikatlar verilib, əlamətdar günlər münasibətilə 5 sosial könüllü mükafatlandırılıb, keçirilən tədbirlərdə fəal iştirakına görə 14 könüllü təltif olunub. Nicat Babayev muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev isə öz çıxışında muxtar respublikada son illərdə geniş vüsət alan könüllülük hərəkatından bəhs edib, bu istiqamətdə görülən işlərdən danışıb. Vurğulanıb ki, sosial könüllülük layihəsinin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.
Könüllülərdən Səbinə Babayeva və Gülcan Əlizadə çıxış edərək könüllülük layihələrinin gənclərin həyatındakı əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra videoçarx nümayiş etdirilib, layihənin ikinci mərhələsini uğurla başa vuran gənclərə müvafiq sertifikatlar verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti