Ordubad şəhər internat tam orta məktəbində sosial qayğıya ehtiyacı olan məktəblilərlə görüş keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Bildirilib ki, muxtar respublikada yaşayan bütün uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu kateqoriyadan olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilir, uşaqlara teatr tamaşaları, film nümayiş olunur, həmçinin yay tətili günlərində istirahətlərinin qayğısına qalınır.

Sonra sosial qayğıya ehtiyacı olan məktəblilərə hədiyyələr verilib.