Sədərəkdə aparılan quruculuq işlərindən biri də Radio-Televiziya Ötürücü Stansiyasıdır. İkimərtəbəli müasir binada iş, qazanxana, elektrik və texniki otaqlar olacaq.
Binanın həyətyanı sahəsi qaydaya salınıb, yaşıllıq sahələrinə münbit torpaq qatı verilib. İş otaqlarında mebel avadanlıqları quraşdırılıb. Stansiyada çalışanlara müasir iş şəraiti yaradılıb. Televiziya verilişlərinin keyfiyyətli yayımlanması üçün müasir avadanlıqlardan istifadə ediləcək.

Xəbərlər şöbəsi