Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən start verilmiş “Naxçıvan könüllülərinin birlik həftəsi” çərçivəsində könüllülər “Könüllülük sərhəd tanımır!” devizi altında xüsusi qayğıya ehtiyacı olan şəxsləri ziyarət ediblər. Könüllülər ahıl və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara hədiyyələr aparmaqla yanaşı, onların səhhətləri və qayğıları ilə də yaxından maraqlanıblar.
Aksiyanın məqsədi könüllülərin tənha yaşayan yaşlı vətəndaşlara, sağlamlıq imkanları məhdud şəxslərə hər zaman dəstək olduqlarını göstərməkdən və cəmiyyət arasında könüllü yardımlaşmanın təbliğindən ibarət olub.

Xəbərlər şöbəsi