“Naxçıvan Muxtar Respublikası sakinlərinin əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada səmərəli işgüzarlıq mühiti formalaşdırılıb,  investisiya fəallığı daha da artırılıb, insan kapitalının yüksək inkişaf səviyyəsi təmin edilib”. Bu fikirlər dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. O qeyd edib ki, Naxçıvan şəhər əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində əmək yarmarkalаrının təşkili mühüm əhəmiyyətə malikdir. Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların işə düzəlmək üçün mövcud imkanlardan səmərəli istifаdə etməklə öz pеşə və iхtisаslаrınа uyğun iş ахtаrmаlаrına kömək göstərmək məqsədilə  təşkil olunan belə fəal məş­ğulluq tədbirlərinin davamlı  surətdə  keçirilməsi  diqqət  mərkəzindədir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər haqqında danışaraq qeyd edib ki, son illərdə şəhər infrastrukturunun yenidən qurulması, yeni-yeni müəssisələrin, fabrik və zavodların istifadəyə verilməsi, sahibkarlığa göstərilən dövlət dəstəyi yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərib. Əminliklə demək olar ki, belə yarmarkalar işaxtaran vətəndaşların işlə təmin olunması üçün ən mühüm tədbirlərdən biridir.  
İşaxtaran vətəndaş Xalidə Qurbanova tədbirin təşkilatçılarına minnətdarlıq edib.
49 müəssisədən 479 boş iş yerinin çıxarıldığı yarmarkada 39 nəfərə işə göndəriş verilib.

Səbuhi HÜSEYNOV