Türkiyə Cümhuriyyətində səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Çankaya Universitetinin İdarəetmə şurasının üzvü, İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri, 22 və 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı, Yıldız Sarayı Fondunun sədri, UNESCO-nun Mədəni İrs Komissiyasının Türkiyə üzrə nümayəndəsi professor Zeynəb Qarahan Uslu ilə görüşüb.
Görüş zamanı universitetlərarası əlaqələrin inkişafı, informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə əməkdaşlıq barədə razılıq əldə olunub. Həmçinin Naxçıvan Muxtar Respublikasında mədəni irsin, Türkiyə coğrafiyasında Naxçıvana aid olunmuş abidələrin araşdırılması və birgə beynəlxalq konfransların təşkili məsələləri müzakirə olunub.
Hüseyn Bağırsoylu Azərbaycanda, xüsusilə Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunub saxlanılması sahəsində görülən işlərdən danışıb.

Seyfur HACIMURADOV