Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dezinfeksiya işlərini davam etdirərək, ümumilikdə, 35 min kvadratmetr yol və səkiləri dezinfeksiya ediblər.
Qeyd edək ki, Naxçıvan şəhərinin inzibati ərazi vahidinə daxil olan Tumbul kəndinin əsas yolları, kənd mərkəzi və ətrafı xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili vasitəsilə dezinfeksiya olunub.
Bu tədbirlər çərçivəsində muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti