Naxçıvan şəhərində təşkil edilən növbəti əmək yarmarkasında dövlət və özəl müəssisələr tərəfindən vətəndaşlara 598 boş iş yeri təqdim olunub.

Yarmarkada işaxtaran 36 nəfərə vakant iş yerlərinin tutulması ilə bağlı göndərişlər verilib. Əmək yarmarkasında, həmçinin peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan 7 nəfərin peşə hazırlığına, 4 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, analoji tədbir Ordubad rayonunda da keçirilib. Əmək yarmarkasında işaxtaranlara 9-u dövlət, 4-ü özəl sektor olmaqla, ümumilikdə, 164 boş iş yeri təqdim edilib, 24 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11-nin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Xəbərlər şöbəsi