Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Naxçıvan şəhərinin əsas küçə və prospektlərində, ümumilikdə, 230 kilometr və ya 4 mln 600 min kvadratmetr yol və səkilər 5 ədəd yanğınsöndürmə avtomobili vasitəsilə dezinfeksiya edilib.

Dövlət Baytarlıq Xidmətinin 2 ədəd dezinfeksiya avtomobili cəlb olunmaqla Kardiologiya Mərkəzi, Təcili Tibb Mərkəzi, Akademik Zərifə Əliyeva adına Poliklinika, Mərkəzi Xəstəxana, Uşaq Xəstəxanası, Doğum Mərkəzi, “Gənclik” Ticarət Mərkəzi, Avtovağzal, “Limon market”, 2 mərasim evi, 4 məscid, Televiziya və Radio Verilişləri Komitəsinin ətrafı, Heydər Əliyev sarayı, “Təbriz” mehmanxanası, Aviakassa, Müəllimlər İnstitutunun, İqtisadiyyat Nazirliyinin, Musiqi Kollecinin və “Evim” Ticarət Mərkəzinin qarşısı, “Cahan” Ticarət Mərkəzinin meyvə bazarı, həmçinin 74 ictimai yaşayış binasının ətrafı və səkilər dezinfeksiya olunub.
Dezinfeksiya qrupları tərəfindən yol kənarlarındakı ictimai iaşə obyektlərinin ətrafı, Sahil Parkı, Əyləncə adası, Vergilər Xidmətinin yanındakı park, 150 ictimai yaşayış binasının ətrafı, “Çənlibel” məhəlləsindəki, “Elit-57” binalarının ətrafındakı, mikrorayonlardakı uşaq əyləncə yerləri, Heydər Əliyev İstirahət Parkı, Bəhruz Kəngərli Muzeyi və Rəssamlar parkı, Azərtürk bank, Naxçıvanbank, Mərkəzi bank, Kapital bank, Qızlar bulağı, Əcəmi seyrəngahı, Saat Qülləsi, hərbi liseyin qarşısındakı park, yaşıl aptek, binaların birinci mərtəbəsində olan əczaxanaların və mağazaların qarşısı maşın bazarı, 2 yeraltı dayanacaq, 2 yerüstü və 1 yeraltı keçid, 4 marketin ətrafı, Uzunoba çimərliyi dezinfeksiya olunub.
Dezinfeksiya işlərində Fövqəladə Hallar Nazirliyinin, ümumilikdə, 45 nəfər şəxsi heyəti cəlb edilib.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti