“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu ay üçün nəzərdə tutulan beynəlxalq uçuş siyahısında iyunun 19-dan etibarən Türkiyədən Uzaq Şərq ölkələri, o cümlədən Çin və ABŞ-a aviareyslərin başlayacağı bildirilir.

Məlumata əsasən, ilkin mərhələdə iyunun 19-dan Çinin Şanxay şəhərinə həftədə bir aviareys keçiriləcək. Eyni tarixdən ABŞ-ın Çikaqo və Vaşinqton şəhərlərinə də uçuşların keçirilməsi nəzərdə tutulur. İyunun 22-dən Mayami, ayın 24-dən isə Los Angelesə aviareyslər bərpa olunacaq.