Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindəki 0,5 hektar sahədə yeni bağ salınır. Bununla da ümumilikdə rayondakı 34 hektardan çox sahədə yeni badam bağları salınıb.

Yeni salınan bağlarda məhsuldar badam növləri - buta, daş, kətanköynək, püstə və acı badam əkilib.

Qeyd edək ki, rayonda bundan sonra da badam bağlarının salınması və bu sahələrin genişləndirilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi