Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejiminin tətbiq olunduğu dövrdə regionlarda virusun yayılmasının qarşısının alınması üçün tibbi-profilaktik tədbirlər davam etdirilir.

Həmçinin xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilir.

 Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ərzaq mağazası sahibləri, Sədərək lavaş sexi və rayon sakinləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı göstərilib. Sahibkarların dediyinə görə bu yardımlar mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, bu təşəbbüsün nəticəsində 61 aztəminatlı ailə lazımi ərzaqlarla təmin olunublar.