Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyindən aldığımız məlumata görə, bu ilin birinci yarısında sığorta haqlarının toplanmasında ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artım müşahidə olunub.
Agentlikdən onu da bildiriblər ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə haqların toplanmasında 12 faiz artım qeydə alınıb. Bu sığorta sahəsi üzrə müqavilələrin sayında da eynifaizli artım müşahidə edilib. Bundan başqa, fərdi qəza sığortası üzrə cari ilin ilk altı ayında sığorta haqlarının toplanmasında ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faizlik artım olub. Bu sığorta növü üzrə müqavilələrin sayı isə ötən ilin ilk yarımilinə nisbətən 35,3 faiz artıb.

Xəbərlər şöbəsi